Banco.az olaraq kreditin bir qədər az yayılmış növlərindən olan aksept kreditinin izahını verməyə çalışacağıq.
Aksept krediti
Bank tərəfindən müəyyən komissiya haqqı müqabilində alıcı və ya satıcının verdiyi köçürmə vekselin akseptləşdirilməsi qaydasında kredit təqdim edilməsi. Bu prosesdə bank müəyyən mənada kreditor qismində çıxış etsə də, əvvəlcədən kredit məbləğini təqdim etmir və aksept əməliyyatına öz vəsaitini qoymur, yalnız, ödəniş müddəti çatdıqda veksel üzrə ödənişi həyata keçirməyi öhdəsinə götürür. Məhz, bu cəhət aksept kreditini kommersiya kreditindən fərqləndirir. Xarici ticarət əməliyyatları üçün xarakterik olan belə övdələşmədə rəsmi kreditor kimi satıcı çıxış edir, akseptin olması isə onun üçün satış prosesini və ya vekselin uçotunu asanlaşdırır.
Aksept tapŞırığı
Alıcı (idxalçı) tərəfin ona xidmət edən banka onun hesabında olan vəsaitin qismən və ya tam həcmdə müəyyən bir hesabda depozitə qoyması və aksepti barəsində təqdim etdiyi ödəniş tapşırığı. Aksept tapşırığını alan bank satıcı (ixracatçı) tərəflə ödənişi həmin xüsusi hesabda depozitə qoyduğu və akseptləşdirdiyi məbləğ əsasında həyata keçirir. Əsasən, xarici ticarət əməliyyatları zamanı istifadə olunur.
Akseptant
1) Üzərinə vekselin ödənişi barəsində öhdəlik götürmüş və bunu vekselin üzərində imzası ilə təsdiq edən fiziki və ya hüquqi şəxs. Akseptant həmin sənəd üzrə əsas borc lu tərəf sayılır;
2) Köçürmə vekselin üzərində göstərilən məbləğin ödənişi ilə bağlı zəmanət təqdim etmiş bank.
Aksept evi
Əsasən, yardımçı maliyyə xidmətlərinin (ticarət, xüsusi ilə də xarici ticarət əməliyyatları zamanı meydana gələn köçürmə veksellərinin (traaların) akseptləşdirilməsi, qiymətli kağızların yeni buraxılışlarının yerləşdirilməsi, birləşmələr və udulmalar, xarici valyuta əməliyyatları, investisiya portfellərinin idarə olunması kimi müəyyən maliyyə əməliyyatları ilə əlaqədar məsələlər üzrə məsləhətlər verilməsi və s.) üzrə ixtisaslaşan maliyyə qurumu. Məsələn, Böyük Britaniyada ticarət bankı kimi formalaşan və əsasən, xarici ticarətin kreditləşdirilməsi üzrə ixtisaslaşan belə bir qurum kommersiya veksellərinin akseptləşdirilməsi ilə yanaşı, kredit və depozit əməliyyatları da həyata keçirir və müştərilərinə bank-kredit sahəsində məsləhət xidmətləri də göstərir.
Aksept-ramburs krediti - ixracatçıların nağd ödənişli maraqlarını təmin edən aksept kreditinin növü. Faktiki olaraq trattanın köməyi ilə ticari əməliyyatlarda qısamüddətli bank krediti kimi çıxış edir. Belə kreditləşmə şərti olaraq banklararası ilkin razışmanın gedişində təyun olunur.
Bəs aksept özü nədir?
- Müqavilənin bağlanması, yaxud müqavilə şərtlərinin dəyişdirilməsi barəsində təklifə razılığın verilməsi (bu zaman: 1) aksept tam və qeyd-şərtsiz olmalıdır; 2) əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər).
- Ödəyən subyekt tərəfindən veksel, çek və hesab üzrə borc məbləğinin təsbit olunmuş müddətdə ödənilməsi barədə öhdəliyin qəbul edilməsi;
- Bank tərəfindən köçürmə veksel üzrə ödənişin vaxtında ödənilməsi ilə bağlı zəmanətin təqdimedilməsi;
- Pul və ya əmtəə sənədlərində (ödəniş məqsədilə təqdim olunmuş) göstərilən məbləği ödəmək barəsində ödəyən (borclu) tərəfin rəsmi razılıq təqdim etməsi;
- Köçürmə vekselin üzərində borclu tərəfin ödəniş barəsində razılığını bildirən (təsdiq edən) imzanın qoyulması;
- Bank tərəfindən mal göndərən, iş görən, yaxud xidmət göstərən tərəfə məxsus hesaba ödəniş edilməsi barəsində rəsmi razılığın təqdim edilməsi.