COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 3,00 dollar azalaraq 1 199,00 dollara, gümüş isə 0,05 dollar ucuzlaşaraq 16,11 dollara satılıb.
Amerika fond bazarında Dow Jones indeksi 1,00% - 18 115,84 bəndədək, NASDAQ 1,34% - 5 132,95 bəndədək, S&P 500 0,99% - 2 121,24 bəndədək artıb.
Banco-nun verdiyi məlumata görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,41% - 6 707,88 bəndədək, Fransa CAC-40-ı 0,27% - 4 803,48 bəndədək, Almaniya DAX-ı 1,11% - 11 100,30 bəndədək bahalaşıb.