10 dollarlıq banknotda qadın rəsmi olacaq | Banco.az

10 dollarlıq banknotda qadın rəsmi olacaq

2020-ci ildən etibarən 10 dollarlıq banknotda qadın rəsmi təsvir ediləcək. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu ABŞ-ın maliyyə naziri Ceykov Lyu jurnalistlərə deyib.

O, bu qadının kim olacağını dəqiqləşdirməyib.

Hazırda 10 dollarlıq əskinazda ABŞ-ın birinci maliyyə naziri Aleksandr Hamiltonun rəsmi təsvir edilir.

Nazirlikdən bildirilib ki, seçicilərlə xüsusi görüşlərdə və #TheNew10 heşteqi altında sosial şəbəkələrdə amerikalıların fikri öyrəniləcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, banknotun dizaynının dəyişdirilməsi ilə bağlı qərar hələ 2013-cü ildə qəbul edilmişdi. Məqsəd təhlükəsizliyin və zəif görənlər üçün rahatlığın təmin edilməsi idi.

Bu, Amerika əskinazlarında qadın rəsminin təsvir edilməsi ilə bağlı ilk hal deyil. 1865-1869-cu illərdə 20 dollarlıq banknotda bir neçə insanın rəsmi təsvir edilmişdi. Onların arasında hindu şahzadəsi Pokaxontas təxəllüslü Matoakanın rəsmi olub. Bundan başqa 1 dollar nominalında olan gümüş sertifikatın üzərində ABŞ-ın birinci prezidentinin xanımı Marta Vaşinqtonun və XIX əsrdə qadın hüquqları uğrunda hərəkatın fəalı Syuzan Entoninin rəsmi təsvir edilmişdi.

Ən sərfəli krediti almaq üçün müraciət et