"AccessBank" “Svyaz-Bank”ın (“Vneşekonombank” Qrupu) BLİZKO sisteminin Azərbaycandakı yeni tərəfdaşı olub. Bu barədə ödəniş sisteminin məlumatında qeyd edilir.
"AccessBank”ın respublikanın böyük şəhərlərində və kiçik regional yaşayış məntəqələrində xidmət ofisləri var. Yaxın vaxtlarda bankın bütün şöbələrində BLİZKO pul köçürmələri xidmətindən, həmçinin “Forsaj BLİZKO” sistemindən istifadə etmək mümkün olacaq”, - deyə məlumatda qeyd edilir.
“Forsaj BLİZKO” “Svyaz Bank” və “Poçta Rossii” Federal Dövlət Unitar Müəssisəsinin aşağı tariflərlə poçt rabitəsi şöbələri vasitəsi ilə transsərhəd pul köçürmələrinin həyata keçirilməsi üzrə birgə layihəsidir.
BLİZKO sistemi 2006-cı ildən fəaliyyət göstərir. Sistem vasitəsi ilə pul köçürmələrinə görə komissiya köçürmənin istiqaməti və məbləğindən asılı olaraq 0,2%-2% təşkil edir. Köçürülmə 1 dəqiqə ərzində gerçəkləşdirilir. Köçürülən vəsaitin təyinat ölkəsinin hüdudları daxilində BLİZKO xidmətlərinin həyata keçirildiyi istənilən məntəqədə alınması mümkündür.