Qeyri-neft və neft-qaz sahələrinin ÜDM-də payı artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Qeyri-neft və neft-qaz sahələrinin ÜDM-də payı artıb

2015-ci ilin beş ayında  iqtisadiyyatın qeyri-neft sahələrinin ÜDM istehsalında 7,6 faiz, neft-qaz hasilatı və istehsalı sektorunda isə 2,4 faiz artım müşahidə edilmişdir.

Qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi 66,1 faizə çataraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz bəndi artmışdır. 

ÜDM-in 53,4 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 36,4 faizi sənayenin, 13,7 faizi tikintinin, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,5 faizi isə xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil etmişdir.