Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 16 min 962 ipoteka krediti verib.
Bu barədə Banco.az portalı AİF-dən məlumat verilib.
Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 683 milyon 541 min 178 manatdan çoxdur.
Fond ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin mart ayından etibarən başlayıb.