Kirayə qiymətlərinin başına gələn "oyunlar" | Banco.az

Kirayə qiymətlərinin başına gələn "oyunlar"

İyunun ayının ilk yarısında kirayə mənzil bazarında qısa müddətə təklif edilən evlərin qiymətində artımlar müşahidə edilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) apardığı monitorinqin nəticələrinə görə, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı olaraq paytaxtın bir və ikinci zonalarındakı kirayə bazarında tələb yüksəlib. 

 

Bu barədə Mərkəzin rəhbəri Vüqar Bayramov sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, qiymət artımları da məhz qısa müddətli dövrdə, xüsusən də 1 ay müddətinədək təklif edilən kirayə evlərdə müşahidə edilib: “Belə ki, oyunları izləmək üçün ölkəmizə gələn turistlərin bir qismi öz pullarına qənaət etmək və daha uzun müddət Azərbaycada qalmaq üçün üçün hotellərdə deyil, evlərdə yaşamağa üstünlük veririlər. Eyni zamanda, paytaxtda yerləşən hotellərin böyük əksəriyyəti 4 və ya 5 ulduzlu olduğu üçün onların təklif etdiyi qiymətlər yüksəkdir. Buna görə də, “budget hotellər”in sayı az olduğu üçün turistlərin bir qismi evlərə üz tuturlar”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert bildirib ki, kirayə ev sahibləri, xüsusən də mənzil alqı-satqısı ilə məşğul olan ofislər süni şəkildə evlərin qiymətini yüksəldiblər: “İSİM-in monitoriqləri göstərir ki, şəhərin mərkəzində bəzi mənzillərin bir aylıq kirayə haqqları hətta 3 min manatadək artırılıb. Baxmayaraq ki, həmin mənzillər ötən ay 1000-1500 manata təklif edilirdi. Bu isə, ölkəmizə gələn turistlərin sayının artmasından evlərin kirayə verilməsi ilə məşğul olanların süni şəkildə qazanc əldə etmək istəyi ilə bağlıdır”.

Ən sərfəli krediti almaq üçün müraciət et