Neftin qiyməti azalıb | Banco.az

Neftin qiyməti azalıb

İyunun 15-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 63,86 dollara satılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə Banco-ya verilən məlumata görə, bu, iyunun 12-də qeydə alınmış qiymətdən 1,31 dollar azdır. Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.