Tvitter sosial şəbəkəsinin baş direktoru Dik Kostolo vəzifəsindən ayrılır.
Bu barədə tvitter şirkətinin rəsmi səhifəsində bildirilir.
“Bizim CEO @dickc (Dik Kostolo) vəzifəsindən uzaqlaşır və biz iyulun birindən etibarən müvəqqəti CEO kimi @jack-i (Cek Dorsi) salamlayırıq”- deyə yayılan tvitdə bildirilir.
Bundan əvvəl xəbər verilmişdi ki, "The Guardian" Tvitterin baş direktoru Dik Kostolonu KİV-də 10 ən nüfuzlu insan sırasına almışdı.