Azərbaycan neftinin 1 barreli 65,49 dollara satılıb.
İyunun 11-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 65,49 dollara satılıb. Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi məlumat verib. Məlumata görə, bu, iyunun 10-da qeydə alınmış qiymətdən 0,46 dollar azdır. Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.