29.05.2015-ci il tarixinə pul bazası 7 milyard 597.3 milyon manat təşkil edib. Bu, aprel ayı ilə müqayisədə 272,9 milyon manat və ya 3,5% azdır.
Banco Mərkəzi Banka istinadən xəbər verir ki, yanvardan başlayan azalma aprel ayında da davam edib.
2015-ci ilin ilk 4 ayında manatla pul bazası 11 milyard 541,9 milyon manatdan 7 milyard 418,6 milyon manata düşüb. Bank ehtiyatları isə 1 milyard 13,1 milyon manatdan 858,3 milyon manatadək azalıb.
İlin əvvəlindən pul bazası 4 milyard 269,6 milyon manat azalıb. Dövriyyədə olan nağd pullar isə 3 milyard 837 milyon manat azalaraq 10 milyard 845,9 milyon manatdan təxminən 7 milyard manata düşüb.