Banco.az saytı Mərkəzi Banka istinadən xəbər verir ki, banklara ümumi depozit qoyuluşu 1 ay ərzində 2% azalıb. Hal-hazırda cəmi depozitlərin miqdarı 10 mlrd 713mln 5min dəyərindədir.
Qeyd edək ki, 2015-ci ilin aprel ayı ərzində manatla cəlb olunan əmanətlərin hər iki növündə kəskin azalma olub. Milli valyuta ilə olan əmanətlərin birinci növü(tələb olunanadək) 2%, müddətli əmanətlər isə 14% azalıb.
Əksinə, xarici valyuta ilə əmanət qoyuluşunda artım olub. Xarici valyutanın müddətl növüi üzrə artım 9%-ə bərabər olub.
Son bir ildə isə cəmi əmanət qoyuluşu 36 % artıb. Yəni 2014-cü ilin aprel ayında əmanət qoyuluşunun həcmi 13615,6 olub ki, bu rəqəm cari ilin aprel ayındakı göstəricidən təxminən 4 mlrd azdır.