AZKOLL-dan problemli kreditlər xəritəsi | Banco.az

AZKOLL-dan problemli kreditlər xəritəsi

Problemli borcların yığılması üzrə ixtisaslaşmış AZKOLL kollektor şirkəti Azərbaycanın Problemli kreditlər xəritəsini hazırlayıb. 

Banco Marja.az saytına istinadən xəbər verir ki, şirkətin direktoru Pərviz Məmmədov deyib ki, AZKOLL hazırda idarə etdiyi problemli kredit portfellərinin ölkə üzrə statistik təhlilini həyata keçirmiş, ən yüksək və ən aşağı ödəniş göstəricliəri olan regionları müəyyən etmişdir:

“Bu cür geo diaqramın hazırlanmasında məqsəd problemli borcların yığılmasında düzgün metodların tətbiqinə nail olmaq və yığım göstəricilərini daha da yüksəltməkdir. Şirkət bu sahədə əldə etdiyi nailiyyətləri və təcrübəni yerli banklar və kredit təşkilatları ilə  bölüşməyə hazırdır”.

Ən sərfəli kredit üçün müraciət et

Pərviz Məmmədov qeyd etdi ki, ümumilikdə, şirkət xidmət göstərdiyi bankların problemli borclarının 74%-ni geri qaytara bilmişdir. 

Xəritədə rayonlar 3 qrupa bölünüb.Birinci qrupa  yığımların dərcəsi 49%-dən az olanlar (qırmızı), ikinci qrupa 50%-dən 64%-dək olanlar (narıncı), üçüncü qrupa isə yığımın 65%-dən çox olduğu  rayonlar daxildir (sarı rəng).