Biznes etikasının 12 prinsipi! | Banco.az

Biznes etikasının 12 prinsipi!

Sadə formada desək, etika biznes məkanında hər hansı yeni bir qərar qəbulu zamanı nəzərə alınmalı olan mənəvi standartlardır.

Sözü gedən standartlar nəyin doğru, nəyin yanlış olduğunu göstərir. Etika biznes mühitində qərar qəbul edilməsi prosesinin açarıdır.

Etika qərarların qəbul edilməsi üçün hakim rolunda çıxış etməsə də, ictimaiyyətin müsbət rəyini qazanmaq üçün mühüm meyardır. Biznesdə bu vacib nüansdır, çünki insanların sizi və sizin şirkətinizin inkişafını daim izləyir. Belə ki, cəmiyyətin inamını qazanmaq onu itirməkdən daha çətindir. Əgər siz qeyri-etik hərəkətlərə yol versəniz, insanların etibarını itirər və biznesinizi uçuruma sürükləyərsiz.

Banco Sizin etməli olduğunuz və biznes etikasının əsasını təşkil edən 12 prinsipi təqdim edir:

  • Düzgünlük. Siz etdiyiniz hər bir işdə və qurduğunuz hər əlaqədə vicdanlı olmalısınız. İnsanları sizin vicdanlı qərarlar verdiyinizi gördüyü zaman, sizin şirkətinizə inanmağa başlayacaqlar. Etik idarəetmə o deməkdir ki, siz faktları təhrif edərək, bəzi həqiqətləri şişirdərək insanlara təqdim etmirsiniz. Əgər sizin şirkətiniz haqqında insanlarda yalnış təəssürat yaranmış olarsa, siz dərhal müvafiq tədbirlər görməli və düzgün məlumatı qısa müddətdə və ətraflı surətdə ictimaiyyətə çatdırmalısınız.
  • Bütövlük (tamlıq). Biznesdə etik davranış şəxsi bütövlüyün yüksək səviyyədə saxlanılması deməkdir. Bu, sizin müştərilərin, iş heyətinin və müdirlərin inamını necə qazanmağınızdan asılıdır. Belə güclü xarakter malik olmaq üçün sözləriniz və hərəkətləriniz bir-birinə uyğun olmalıdır. Bunu da qeyd etmək lazımdır ki, öz səhvlərini qəbul etmək cəsarət tələb etməklə yanaşı, daxili inamı, gücü artırır.
  • Vədlərə sadiq qalmaq. Biznes meneceri kimi sizin dediyiniz hər bir söz vacibdir. Həmişə verdiyiniz vədi və öz öhdəliyinizi yerinə yetirin. Etik idarəetmədə sizə olan inam o deməkdir ki, insanlar sizlə birlikdə iş görməkdən razıdırlar.
  • Loyallıq. Özünüzə, şirkətinizə və kolleqalarınıza loyal yanaşın. Əgər siz loyallıq nümayiş etdirsəniz, bu sizə olan inamı artırar və həmçinin, bu, sizin şirkətinizin və kolleqalarınızın maraqlarına yüksək dəyər verməyinizi göstərir. Siz loyallığı digər prinsiplərdən aşağı səviyyədə tutmamalısınız.
  • Ədalət. Siz bütün işlərinizdə ədalətli olmağa çalışmalısınız. Etik idarəetmə sizi ədalətli olmağa çağırır və əksinə, haqsız üstünlüyə nail olmaqdan və ya rəqabət zamanı nalayiq üsullarla qalib gəlməkdən çəkindirir.
  • Qayğı. Bu, başqaları üçün həqiqi narahatlıq keçirtmək və mərhəmət hissi kimi özünü göstərir. Etik qaydalara əməl edən hər bir biznes menecer öz müştərilərinə və işçi heyətinə mehriban, qayğıkeş və xeyirxahdır. Həmçinin, öz məqsədlərinə çatmaq üçün az zərərlə yüksək keyfiyyətə nail olmağa çalışır. 
  • Hörmət. Etik olmaq o deməkdir ki, hər kəsə hörmətlə yanaşırsınız və kim olmasından asılı olmayaraq, bütün insanlara nəzakətlə davranırsınız. Hörmət edilməsinin səbəbi odur ki, hər kəsin ləyaqəti, şəxsiyyəti və öz hüquqları vardır və həmçinin insanlar da bir qaydanı bilməlidirlər ki, siz də eyni hörmətin sizə qarşı edilməsini gözləyirsiniz.  
  • Qanuna riayət etmək. Etik idarəetmə həmişə qanunlara uyğundur və biznes fəaliyyətinin qaydalarını və qanunlarını heç vaxt pozmur.
  • Mükəmməllik. Biznesdə etik olmaq həmçinin hər bir fəaliyyətdə mükəmməl olmağı şərtləndirir. Biznesdə xidmət və məhsulların yüksək keyfiyyət həddinə çatdırılması mühüm faktorlardan biridir.
  • Lider olmaq. Siz öz komandanıza etika və prinsiplərinizi nümayiş etdirməlisiniz və bir lider kimi müsbət rol oynamalısınız. Liderlik etməkdə ən yaxşı yol etik normalara əməl edilməsini tələb etməkdir.
  • Yüksək əhval-ruhiyyə. Etik biznes menecerlər həm şirkətin nüfuzunu, həmçinin də öz işçilərinin əhval-ruhiyyəsini qaldırır. Şirkətin nüfuzu işçilərinin əhvalı qədər vacibdir. Etik biznes menecer kimi siz qarşılıqlı hörməti sarsıdacaq hərəkətlərdən yayınmalısınız.
  • Məsuliyyətli. Etik davranış özünə qarşı məsul olmağı tələb edir. Yalnız özünə qarşı deyil, etik biznes menecer kolleqaları, şirkət və cəmiyyət qarşısında məsulliyət daşıyır.

Bu standartlardan çıxış edərək siz yalnız özünüzü və biznesinizi qorumayacaq, həmçinin işçi heyəti, müştərilər və digər maraqlı tərəflərin etibarını qazanmış olacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

Bu şirkətinizin layiq olduğu uğuru qazanması üçün əsas təməldir!