2015-ci ilin may ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 321 sığorta tələbi üzrə 1 570 679 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu barədə Banco.az portalı İSB-yə istinadən məlumat verir.
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişlərinin bölgüsü üzrə cədvəl:
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə |
Əmlaka dəyən zərər üzrə |
Sağlamlığa dəyən zərər üzrə |
Şəxsin ölümü üzrə |
Cəmi |
|||||
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
1 228 |
1 391 811 |
39 |
45 118 |
36 |
43 750 |
18 |
90 000 |
1 321 |
1 570 679 |
Ümumilikdə 2015-ci ilin yanvar-may ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 8 114 sığorta tələbi üzrə 9 667 838 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
May ayında İSB tərəfindən 11 kompensasiya tələbi üzrə 37 333 manat, yanvar-may ayları ərzində 28 kompensasiya tələbi üzrə 110 333 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.