I Avropa oyunlarının təşkilatçılarını sığortalayan şirkətin adı bəlli oldu! | Banco.az

I Avropa oyunlarının təşkilatçılarını sığortalayan şirkətin adı bəlli oldu!

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) üçün tibbi sığortasını “A-Group Insurance” sığorta şirkəti həyata keçirib.

Bunu Banco Apa.az saytına istinad edərək xəbər verir.  Şirkətin İdarə Heyətinin sədri Anar Bayramov bildirib ki : “I Avropa Oyunlarda təxminən 2000 nəfər çalışacaq. Bundan başqa, tədbirin təşkil olunması üçün bizim vətəndaşlar və çoxlu sayda əcnəbilər də dəvət olunub. Onların hər biri “A-Group Insurance” tərəfindən sığortalanıb”.

Həmçinin A. Bayramov əlavə edib ki, rəhbərlik etdiyi şirkət bu insanların ehtiyaclarını təmin etmək, onların yarış üçün sağlamlıqlarını qorumaq üçün ciddi işləyir: “Biz bilirik ki, tibbi sığorta sahəsində yalnız 3-4 şirkət var. Rəqabət olmadan inkişaf etmək olmazdı”.