Avropa Mərkəzi Bankı (AMB) dünən "Müəssisələrin Maliyyələşməsi haqqında Sorğu"-nun nəticələrinə dair 12-ci hesabatını dərc etdi.
Hesabat 2014-ci ilin oktyabrından 2015-ci ilin mart ayına qədər olan altı ay ərzində Avrozonada Kiçik və Orta müəssisələrin (KOM) maliyyə ehtiyacları və maliyyə vəziyyətindəki dəyişikliklərini özündə ehtiva edir. Həmçinin hesabatda Kiçik və Orta Müəssisələr bu kimi digər böyük müəssisələrlə müqayisə edilib.