"Media Consulting and Services” agentliyinin media monitorinq qrupu sektor üzrə məlumatların ümumi sayına görə Azərbaycan banklarının ilk beşliyini açıqlayıb. Şirkətin sosial şəbəkədə yayımladığı və cari ilin 2 iyun tarixinə olan məlumata əsasən, reytinqə Azərbaycan Beynəlxalq Bankı liderlik edir.
Beləliklə, 2 avqust tarixinə əsasən, banklar haqqında mətbuatda dərc olunan xəbərlərin sayı və bankların ardıcıllığı aşağıdakı kimidir:
Azərbaycan Beynəlxalq Bankı – 1921
DəmirBank – 301
Unibank – 265
Expressbank– 254
Bank of Baku - 215
Sektor üzrə online resurslarda ad hallanması 19725 ədəd təşkil edir.