ONLINE MƏSLƏHƏTƏ EHTİYACINIZ VAR? | Banco.az

ONLINE MƏSLƏHƏTƏ EHTİYACINIZ VAR?

Günümüzdə informasiya məkanın genişliyi bizə istənilən məlumatı əldə etməkdə yardım edir. Biz bank xidmətləri haqqında öz suallarımıza cavab tapmaq üçün müxtəlif sosial şəbəkələrə və ya bankların rəsmi saytlarına üz tuturuq.

Lakin bu məlumatlar müştərini tam qane etməyə bilər və ya müştəri istədiyi məlumatı tapmaya bilər. Buna görə də məhz bu xidmət vasitəsilə bu gün hər kəs komputerin qarşısında vaxt itirmədən, növbə gözləmədən bank xidmətləri haqqında məlumatlar əldə edə bilər. Necə?

Online Chat, Online Consultant, Online Məsləhətçi və s. formalarda gerçəkləşən xidmət məhz vaxt itirmədən birbaşa bank məsləhətçisi ilə əlaqə yaratmağa şərait yaradır.

Onlayn məsləhət  - sual, problem, şikayətlərinizlə bağlı fikirlərinizi bildirə biləcəyiniz bir xidmətdir. Bunu bir növ bank məsləhətçisi ilə canlı bağlantı kimidir. Bank nümayəndəsi sizi Skype vasitəsilə görür, dinləyir və sizi cavablandırır və yaxud da elektron poçt və canlı çat vasitəsilə yazdığınız müraciətinizi oxuyur və sizə doğru olan məlumatı çatdırır. Siz bunun üçün hər hansı bir məbləğ ödəmirsiniz və növbə üçün gözləməli olmursunuz. 

Lakin bəzən onlayn müraciətlər zamanı da hazırda heç bir operatorun sərbəst olmadığı deyilir və müraciətinizin cavablanması üçün bir az gözləməyiniz xahiş olunur. Lakin call-center xidməti ilə müqayisədə bu müddət daha az olur.

Onlayn məsləhətdən yararlanmaq üçün, Siz sadəcə bankın saytında müvafiq pəncərədə adınızı, soyadınızı və əksər hallarda e-mail adresinizi qeyd edirsiniz. Xidmət hər kəs üçün açıqdır.

Məhz müştəri məmnuniyyəti məqsədilə hal hazırda Azərbaycanda bir sıra banklar bu xidməti müxtəlif formalarda müştərilərə təqdim edir. Banco.az Sizə həmin bank və kredit təşkilatlarının siyahısını təqdim edir :

          Bank

               Xidmətin adı

       Əlavə xidmət

      AGBank

  Online müraciətlərin forması (yazılı müraciət)

 

      ASB Bank

       Online konsultant

 

    Bank of Baku

       Online məsləhətçi

Sizə zəng edək?

  Bank Respublika

       Online konsultasiya

 

   Bank Standard

       Online məsləhətçi

 

  Bank Technique

           Online dəstək

 

  Beynəlxalq Bank

           Online məsləhət

 

  Randevu  xidməti

      NBC Bank

        Online konsultasiya

 

     RabitəBank

        Online konsultasiya 

   Zəng sifarişi

     TBC Kredit

     Kredit üzrə konsultariya 

Elektron poçt ünvanı vasitəsilə 

     Turanbank

       Online konsultasiya

        Skype

      Unibank

         Online məsləhətçi

 

 VF Azərkredit

     BOKT

     Online müraciət forması

Elektron poçt ünvanı vasitəsilə  

     VTB Bank

        Online konsultasiya

 

    Dəmirbank

    Online Məlumat xidmətləri

        Skype

   (Bizə zəng et)

    Xalq Bank

     Online müraciət forması 

  Elektron poçt ünvanı vasitəsilə 

    AFB Bank

              Online dəstək

 

     AtraBank

              Online dəstək

 

    BTB Bank

            Online konsultant

 

 KredAqro BOKT

                  Canlı çat

 

Ən sərfəli kredit üçün müraciət et