Zahid Oruc: ABB Milli Məclis qarşısında hesabat verməlidir | Banco.az

Zahid Oruc: ABB Milli Məclis qarşısında hesabat verməlidir

Azərbaycan Beynəlxalq Bankı (ABB) fəaliyyət hesabatını Milli Məclisin müzakirəsinə çıxarmalıdır.

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc bu təkliflə çıxış edib.

Z.Orucun sözlərinə görə, ABB-də dövlətin iştirak payı 51,07 faiz təşkil edir, bankın aktivləri isə 8 milyard manatı keçib: “Məsələn, sərəncamında yalnız 1 milyard manat olan Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti büdcə prosesində müzakirə edilir. Fərqin 8 dəfə olmasına baxmayaraq, ABB-nin xərcləri haqqında hesabat parlamentin müzakirəsinə təqdim edilmir. Təklif edirəm ki, bankın fəaliyyət hesabatı hökumətin hesabatına daxil edilsin və ya ABB nümayəndələri iclaslarımızda iştirak etsin”.

Ən sərfəli kredit üçün müraciət et

trend.az