Amerika-Azərbaycan Ticarət Palatası (USACC) bu gün Nyu-Yorkda birinci Amerika-Azərbaycan bank və maliyyə forumunu keçirəcək.
USACC-ın təşkilatçılığı, “PAŞA Bank” və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçiriləcək forumda Azərbaycana investisiya qoyuluşları və yerli bizneslə əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bu barədə Palatanın saytında bildirilir.
Müzakirələr neftin qiymətinin enməsi fonunda bank sahəsinin gələcəyi, regional dəyişiklik dinamikası və onun kapital bazarı, maliyyə və şəxsi kapital üçün nəticələri mövzularını əhatə edəcək.