Devalvasiya nəticəsində ən böyük zərbə bu banka dəyib | Banco.az

Devalvasiya nəticəsində ən böyük zərbə bu banka dəyib

Bəlkə də devalvasiya nəticəsində ən böyük zərbə elə Beynəlxalq Banka dəyib”- bunu Banco.az  portalına verdiyi müsahibədə iqtisadçı ekspert Samir Əliyev bildirib:   

 Valyuta mövqeyinin riayət olunmaması Beynəlxalq Banka birdən-birə çox böyük zərbə vurdu”.

O qeyd edib ki, Fitch Beynəlxalq reytinq agentliyi Beynəlxalq Banka reytinq verərkən çox maraqlı bir məqama toxunmuşdur.  Belə ki, 2014-cü ilin sonuna Beynəlxalq Bankın valyuta mövqeyi təxminən onun kapitalının 1,3 misli qədər, yəni 1,4 milyard dollar idi. Halbuki, əgər Mərkəzi Bankın normativinə riayət etmiş olsaydı, bu rəqəm təxminən 100 milyon dollar olmalı idi.

Ən sərfəli kredit üçün müraciət et

“Çünki Beynəlxalq Bankın məcmu kapitalı 1 milyard manat təşkil edir. Təsəvvür edin ki, ilin sonuna bankın açıq valyuta mövqeyi 1,4 milyard dollar idi və 2 ay sonra devalvasiya baş verir. Düzdür, Fitch qeyd edir ki, bankın hesabatına əsasən, yanvar-fevral aylarında artıq bu məsələ edilmişdi, valyuta mövqeyini bağlaya bilmişdi, amma mən sizi inandırım ki, bu mümkün deyil” – ekspert portalımıza verdiyi açıqlamada bildirib.

Onsuz da daha öncədən də problemlər var idi, zərərli aktivlərin həcmi artmışdı, devalvasiya isə banka daha böyük bir zərbə vurdu.