Virtual kart, xüsusiyyətləri və onu tətbiq edən Banklarımız | Banco.az

Virtual kart, xüsusiyyətləri və onu tətbiq edən Banklarımız

Virtual kart İnternet şəbəkəsində (İnternet mağazalarda) mal və xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulub. Kart pul vəsaitlərinin ən yüksək dərəcədə təhlükəsizliyini təmin edir. Həmçinin, Virtual kartların digər üstünlüyü odur ki, onların itmə və oğurlanma kimi riskləri yoxdur.

Həmçinin bax: Ən sərfəli premium kart hansıdır?

Eyni zamanda Virtual kartlardan internet şəbəkəsində istifadə edərək siz, 24 saat ərzində internet vasitəsilə bir çox əməliyyatları rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz:

  • İnternet mağazalarından mal və xidmətlər almaq;
  • Kommunal ödənişlər etmək;
  • Mobil və stasionar rabitə haqlarını ödəmək;
  • Sığorta ödənişlərini həyata keçirmək;
  • Kabel televiziyasından istifadə haqqını ödəmək;
  • İnternet provayderlərin xidmət haqlarını ödəmək;
  • Elektron bilet almaq;
  • Otellərdə otaq rezervasiya (sifariş) etmək və s.

Virtual karta vəsaitləri məhz ödənişi aparmazdan əvvəl yerləşdirmək, ödəmədən sonra isə sıfır qalıq saxlamaq olar. Bununla da kart nömrəsinin İnternetdə kənar şəxslər tərəfindən öyrənildiyi halda vəsaitlərinizin qanunsuz çıxarılması ehtimalını praktiki olaraq istisna edə bilərsiniz.

Həmçinin bax: Bankların kartlar üzrə hansı xidmətləri var?

İnternet şəbəkəsində mal və ya xidmət ödəyərkən:

  • Alış-veriş etdiyiniz saytda təqdim olunan anketi doldurmaq
  • Virtual kart rekvizitlərini daxil etmək zəruridir

Virtual Kartda əsasən aşağıdakı rekvizitlər göstərilir:

  • universal və təkrarsız 16 işarəli nömrə,
  • kart sahibinin adı,
  • kartın qüvvədə olma müddəti,
  • kartın üz tərəfində göstərilən xüsusi 3 işarəli CVV2/CVC2 kodu

Bu parametrlərin 3-cü şəxslərə verilməsi məsləhət görülmür. Virtual kartlar yalnız debet rejimində istifadə edilə bilər, yəni bu kartlar ilə yalnız hesaba mədaxil edilən məbləği xərcləmək olar. Karta kredit xətti açıla bilməz və kart hesabına mədaxil edilmiş məbləğdən çox vəsait istifadə etmək olmaz. Virtual kartın maqnit zolağı yoxdur ki, bu da ondan internet şəbəkəsindən kənarda istifadəni mümkünsüz edir. Bütün bunlar Virtual kartı digər kartlardan fərqləndirir və onun İnternetdə istifadə üçün daha təhlükəsiz olmasını təmin edir. Bəzi virtual kartlardan İnternet-kazinolarda mərc əməliyyatları, lotereya oyunları zamanı da istifadə olunur.

Həmçinin bax: Banklar hansı şərtlərlə biznes kartları təklif edir?

İnternet şəbəkəsindən istifadə edərkən:

  • Tanış olmayan İnternet-səhifələrində şəxsi və kart barədə məlumat verməməli
  • Pul köçürəcəyiniz təşkilatın hüquqi ünvanını öyrənməli
  • Plastik kartda böyük məbləğdə pul vəsaiti olduğu təqdirdə kartdan istifadə etməməli

İnternet şəbəkəsində ödəmələr
 

  • İnternetdə mal və ya xidmətlərin haqqının ödənilməsi üçün müvafiq saytda elektron anketdə kartın rekvizitlərini daxil etmək zəruridir. Tanış olmayan və şübhəli İnternet saytlarda kartdan istifadə olunması tövsiyə olunmur.
  • Kart məlumatlarını elektron anketə daxil etməzdən əvvəl alışın şərtləri, malın çatdırılması / xidmətin göstərilməsi, vergilərin olması, alışdan imtina edilməsi imkanı və sair məlumatlarla tanış olmaq tövsiyə edilir.
  • Müştərinin istəyinə əsasən müəyyən müddətə (gün, həftə, ay) və əməliyyat növünə (İnternet-kazinolarda mərc, oteldə nömrə sifarişi, avtomobil icarəsi və s.) virtual kartla vəsaitin xərclənməsinə limitlər təyin edilə bilər.


Vəsaitin kart hesabına daxil edilməsi və çıxarılması

VirtualCard-a vəsaiti Bankların ofislərində nağd və Card-to-Card əməliyyatı ilə nağdsız keçirmək olar. Digər kartdan köçürülən vəsaitlər VirtualCard hesabında vəsaitin daxil olmasından internet-mağaza tərəfindən bloklaşdırılmasına qədər daha qısa müddət qaldığına görə Card-to-Card əməliyyatı daha təhlükəsizdir.

Card-to-Card ilə vəsaitin köçürülməsini bu xidmətin tətbiq olunduğu bankların bankomatlarından və Card-to-Card xidmətinə qoşulmuş digər yerli bankların bankomatlarından, eləcə də Home Banking xidməti vasitəsilə həyata keçirmək olar.

VirtualCard-da olan vəsaiti digər karta Card-to-Card ilə nağdsız köçürmək və ya VirtualCard hesabına əlavə buraxılmış kart ilə çıxarmaq olar.

Həmçinin bax: Ən sərfəli Visa Classic və Mastercard Standard kartı hansıdır?

Virtual kartları Banklarımızın Bakı və ölkənin regionlarını əhatə edən filiallarda, eləcə də bankların internet səhifəsində də sifariş etmək olar.

Bank

Məhsul

Kartın qiyməti və illik xidmət haqqı

Kartın müddəti

Bank Respublika*

Virtual Card

Pulsuz

5 il

Bank of Baku

MC Virtual kart

2 AZN (hər bir ay üçün əlavə 1AZN)

3 ay

Yapıkredi Bank

World Virtual( Yalnız World Card sahibləri əldə edə bilərlər) 

0 AZN

Kart 10 gün ərzində istifadə olunmadıqda silinir.

AG Bank

Visa Virtual Card

10/13/16 AZN

1/2/3 il

MasterCard Virtual

Ən sərfəli kredit üçün müraciət et

10/13/16 AZN

1/2/3 il

AGClub Virtual

14/20 AZN

1/2 il

Beynəlxalq Bank

Visa İnterCard Webcard

4/8/12 AZN

1/2/3 il

MasterCard WebCard

4/8/12 AZN

1/2/3 il

AFB Bank

Master virtual

3/5/8 AZN

1/2/3 il

 

* Bank Respublikanın Virtual kartını əldə etmək üçün hesaba minimal 100 AZN/USD məbləğində yatırım olmalıdır.