Bərdə, Tər-Tər, Qazax, Ağstafa üzrə mühasib VAKANSİYASI | Banco.az

Bərdə, Tər-Tər, Qazax, Ağstafa üzrə mühasib VAKANSİYASI

Mühasib (Bərdə, Tər-Tər, Qazax, Ağstafa)

- Ali təhsil olması,
- Bank və yaxud geyri bank sahəsində ən azı 1 il iş təcrübəsi;
- Yalnız Bərdə Tər-Tər, Qazax, Ağstafa rayonunda yaşayanlara üstünlük verilir;
- MS Office proqramında işləmək bacarığı
- Kollektivdə işləmək bacarığı;
- Müştərilərlə yüksək nəzakətlə davramaq qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl bilmək. 
 
Əsas funksiya və öhdəlikləri:
 
- Təşkilatda mövcud olan “Mühasibat siyasəti və prosedurları” qaydalarını rəhbər tutaraq fəaliyyət göstərmək;
- Filialda keçirilən yerli kredit komitəsində iştirak etmək;
- Hesablarda yığılan vəsaitlərin və qayıdışlardan olan qalıqların məbləğinin yoxlanılması, onların müəyyən olunmuş limit məbləğinə çatdığı zaman vaxtında köçürülməsini təmin etmək və vəsaitləri düzgün idarə etmək;
- Balans, mənfəət və zərərlər, büdcənin istifadəsi haqqında operativ məcmu hesabatları, digər mühasibat və statistik hesabatları tərtib etmək;
- Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarının hazırlanması;
 
Əmək haqqı 400 – 500 azn + bonus

Ən sərfəli kredit üçün müraciət et

CV-nizi mövzu hissəsində "Muhasib (Bərdə, Tər-Tər) (Qazax, Ağstafa) " yazmaqla [email protected] e-mail ünvanına göndərə bilərsiniz.