Dünya bazarında neftin qiyməti ötən günün kotirovkaların kəskin aşağı düşməsindən sonra, bu gün müsbət dinamika göstərməyə başlayıb, ticari sövdələr belə deməyə əsas verir.
Brent markalı neft iyul fyuçerslərinin qiyməti 1,11% yüksələrək, bir barrelə görə 64,73 dollar təşkil edib. WTI-nin qiyməti isə 1,17% yüksəlib və bir barrelə görə 58,67 dollara çatıb.
Çərşənbə axşamı baş tutan satışların gedişində neftin qiyməti 3%-dən də çox ucuzlaşmışdı, səbəb isə bazarın həddindən artıq dolması və neft axının pik həddinə çatması ilə bağlı məlumatlar idi. Bundan əlavə, xammal ticarətinin alqı-satqısının həyata keçirildiyi Amerika dollarının güclənməsi də “qara qızılın” dəyərinə öz təzyiqini göstərib.