Ölkəmizdə kredit qoyuluşları azalıb | Banco.az

Ölkəmizdə kredit qoyuluşları azalıb

Banco.az Mərkəzi banka istinadən Sizi kredit qoyluşunun sahələr üzrə strukturu ilə tanış edir.

İlk öncə qeyd edək ki, 2015-ci ilin aprelin 1-i tarixinə iqtisadiyyata kredit qoyuluşunun həcmi 20632,3 mln manat olmuşdur ki, onun da 5,9%-i vaxtı keçmiş kreditlərdir. Vaxtı keçmiş kreditlərin həcmi isə 1213,3 mln manatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyata qoyulmuş kreditlərin həcmi 0.31% azalmış, gecikmiş kreditlərin həcmi isə 6.60% artmışdır.

Ötən il olduğu kimi yenə də ən çox kredit ev təsərrüfatlarına verilib, onların həcmi  ötən ayla müqayisədə 1.43% azalaraq, 8296,6 mln manat təşkil edib. Ev təsərrüfatlarına verilən kreditlərin real sektordakı xüsusi çəkisi isə 43%-dən 40%-ə enib.

Ticarət və xidmət sektoruna yatırılan kreditlərin həcmi 0.8% azalıb, onların real sektordakı xüsusi çəkisi isə 14,4-dən 14,3-ə enmişdir.

 Energetika, kimya və təbii ehtiyatlar sektoruna yatırımlaırn həcmi 0.56% azalaraq, 267,9 mln manat təşkil etmişdir. Onların real sektordakı xüsusi çəkisi isə 1 ay ərzində 1.3% olaraq qalıb.

Kənd təsərrüfatı və emal sahəsinə aytırımların həcmi 0.44% azalaraq, 932,3mln-a düşüb. Həmçinin, bu sahəyə verilən kreditlərin real sektordakı xüsusi çəkisi 4,8%-dən 4,5%-ə enmişdir.

Ən sərfəli kredit üçün müraciət et

İnşaat və əmlak sektoruna edilən yatırımlarda 1.19%, Sənaye və istehsal sektorunun kreditləşməsində isə 0.45 % azalma qeydə alınıb. Sözü gedən sahələrin kreditləşmədəki xüsusi çəksi müvafiq olaraq, 13,6% və 10,8% olmuşdur.

Kredit yatırılmasında 1 ay ərzində yalnız aşağıdakı sektorlar üzrə artım olub.

Nəqliyyat və Rabitə sektoruna yatırılan kreditlərin həcmi isə 4.12% artmış, xüusi çəkisi 4,3%-dən 4,2-ə enmişdir.

İpoteka da daxil olmaqla əmlakın tikintisinə və alınmasına görə verilən kreditlərin həcmi 2.2% artmış, xüsusi çəkisi isə 6,2-dən 6,3%-ə yüksəlmişdir. 

Ətraflı şəkildə aşağıdakı diaqramda izləyə bilərsiniz. 

sahələr üzrə kredit qoyuluşu | Create infographics

Ən sərfəli krediti almaq üçün müraciət et