AMB rəsmi göstəricilərini açıqladı | Banco.az

AMB rəsmi göstəricilərini açıqladı

Mərkəzi Bank (MB) depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

Bankdan verilən məlumata görə, 2015-ci il aprelin 1-nə olan məlumata görə, bankların cəlb etdikləri depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyuta, yəni manatla 8.95, xarici valyuta ilə isə 8.73 % təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Fiziki şəxslər üçün nəzərdə tutulmuş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyuta ilə 9.64 %, xarici valyuta ilə isə 9.57 % olub.

Qeyd edək ki, artıq verilmiş kreditlər üzrə bu göstərici milli valyuta ilə 14.15, xarici valyuta ilə isə, 13.08 % təşkil edib.