Əgər sizin işiniz saat 9-da başlayıb, 5-də bitirsə sizi təbrik etmək olar. Çünki artıq həftədə 40 saatdan artıq işləməmək prinsipi mifə çevrilir.
Dünya əhalisi arasında sorğu keçirilib və məlum olub ki, insanlar indi keçmişlə müqayisədə daha çox işləyirlər. Dünyadakı 18-67 yaşlı 9700 nəfər arasında keçirilən yekun sorğu da bunu təsdiq edir. Iştirakçıların 46%-i deyib ki, onlar həftə ərzində 40 saatdan çox işləyir. 40% isə iddia edir ki, son 5 il ərzində iş saatları artırılıb.
Amerikalıların 58%-i isə çox işlədiklərini deyiblər. Meksikada vəziyyət daha da pisdir, onların 61%-i müəyyənləşdirilən saatdan daha çox işləyir.
Çinin göstəricisini qənaətbəxş adlandırmaq olar. Onların 19%-i qəbul olunan ölçüdən çox işləyir.
İştirakçıların 1/3-i qeyd edib ki, artıq ailə və işlərini balansda saxlamaq onlar üçün xeyli çətinləşib.
Işə götürənlər yəqin ki, öz metodlarında dəyişiklik edəcəklər. Çünki, işçilərin 2/3 hissəsi sərt şəkildə bildirib ki, əgər rəhbərləri iş saatlarında güzəştə getməsələr, yəqin ki, onlar işi tərk etmək məcburiyyətində qalacaqlar.