Bu yaxınlarda BTB-nin keçmiş İdarə Heyətinin Sədri Emil Rzayev Azərbaycan Kredit Bankının Müşahidə Şurasının Sədri vəzifəsinə təyin olmuşdu. Bunun ardından, eyni bankdan Azərbaycan Kredit Bankına daha bir işçi keçib.
Banco.az saytı Azərbaycan Kredit Bankından aldığı məlumata əsasən xəbər verir.
Beləki, bankdan alınan məlumatlara görə BTB-nin Problemli Kreditlər üzrə Departamentinin direktoru Cavid Eldar oğlu Zeynalov cari ayın 1-dən etibarən Azərbaycan Kredit Bankının İdarə Heyəti Sədrinin 1-ci müavini vəzifəsinə təyin olunub.