Azərbaycan yeni iqtisadi inkişaf modeli axtarışında
Banco.az saytı day.az xəbər portalına istinadən yazır.
Azərbaycan öz iqtisadi inkişaf modelinin inkişafı üçün, Asiya ölkələrinin potensial mexanizmlər və iqtisadi inkişaf modellərinin axtarışı üzrə təcrübəsinə çox böyük maraq göstərir.
Bu barədə barədə ölkənin Maliyyə Naziri Samir Şərifov, bazar günü Bakıda keçirilmiş Asiya inkişaf Bankının İdarəetmə şurasının 48-ci seminarında bildirib.
“İqtisadiyyatın son onilliyində Asiya ölkələri nəzərə çarpacaq dərəcədə inkişaf edir. İlin ortalarına olan yüksəliş göstəricisi 6 % təşkil edir. Bununla bağlı fərqli ölkələrdə müxtəlif inkişaf modellərindən istifadə olunur. Məsələn, Azərbaycan kimi təbii ehtiyatlarla zəngin ölkələrdə bu tip resurlar, iqtisadi inkişafın aparıcı faktoruna çevrilir .”-deyə o çıxışında bildirib.
Nazirin sözlərinə görə, xarici və daxili mühitin dəyişməsi ilə əlaqədar olaraq, Asiya ölkələri iqtisadi modellərini gözdən keçirməli və bu moellərin yeni şərait altında uyğunlaşdırılması və ya daha fərqli yollar araşdırmalıdı ki, Azərbaycan da bu tip ölkələrdəndir.
Müəllif: Fidan Maqbet qızı