Asiya İnkişaf Bankı Azərbaycana pul ayırdı | Banco.az

Asiya İnkişaf Bankı Azərbaycana pul ayırdı

Asiya İnkişaf Bankı Azərbaycanın iki bank və bir BOKT-una toplamda 120 mln. dollar ayırıb.

Banco.az portalının məlumatına görə, bu barədə Trend-ə bazar günü Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında məlum olub.

Asiya İnkişaf Bankı (AİB) üç Azərbaycan kredit təşkilatı - "AccessBank", "DemirBank"  və "Finca Azerbaijan" qeyri-bank kredit təşkilatına təxminən 120 milyon dollar həçmində maliyyələşdirməni təsdiqləyib.

Ayrılan maliyyə yardımı kənd təsərrüfatı sahəsinin, böyük, kiçik və orta sahibkarlığın inkişafı üçün nəzərdə tutulub.