Master Card , Çinin tranzaksiya bazarına çıxmaqla əsas rəqibi olan Visa-dan daha çox gəlir əldə edəcək.
Banco.az infobank.by xəbər portalına istinadən xəbər verir.
Ekspertlər bunu MasterCard rəhbərliyinin, Çinin ödəmə sistemi olan UnionPay-lə daha öncədən də yaranmış əməkdaşlığı ilə əlaqələndirir .
Bu zamana qədər hər iki amerikan ödəmə kompaniyalarına Çinin bank kartları bazarında vasitəçisiz işləmək qadağan edilmişdisə, hazırda vəziyyət dəyişməkdədir.
Keçən həftə Çinin Dövlət şurası 2015-ci ilin iyun ayının 1-dən etibarən, MasterCard və Visaya ölkədə öz şəxsi klirinq mərkəzlərini yaratmalarına icazə verib. MasterCard və UnionPay artıq çinlilərin xarici səyahətlərdə istifadə etdikləri koobrend kartlarını istifadəyə verir.
Bu təşəbbüs Çinin tranzaksiya bazarında, UnionPay-in monopoliyasının sona çatdığından xəbər verir.
UnionPay - hansi ki, bugünki gündə 7 milyard dollar dəyərindədir və 2020-ci ilədək dünyanın nəhənginə çevriləcək.
Onu da qeyd edək ki, bu xəbərin ardından, MasterCardla Visa-nın aksiyaları 3 gün ərzində 4% qədər qalxıb.
Barclays-ın analitiki Darrin Pellerin şərhinə görə ,bugünə qədər UnionPay –də idarə olunan çin ödəmələrinin 1 %-i, MasterCard-a Visadan daha çox gəlir gətirəcək. Belə ki, MasterCard-ın aksiyaları 3-6 sent, Visa-nın qiymətli kağızları isə 2-4 sentədək bahalaşıb.
Ümumilikdə isə, MasterCard-ın Çin bazarında daha müvəffəqiyyətli olacağına baxmayaraq,bu - hər iki tranzaksiya şirkətinin Çin kimi bir ölkədə inkişafi üçün gözəl fürsətdir.
Müəllif: Fidan Maqbet qızı