Kipr Bankının rəhbəri nə üçün istefa etdi? | Banco.az

Kipr Bankının rəhbəri nə üçün istefa etdi?

Kipr Bankının baş icraçı direktoru olan Con Xuriken, Kiprin bank sektoru üçün böhran yaradan bankına 2013-cü ilin axırlarında rəhbərlik etməyə başladı.

Banco.az infobank.by xəbər portalına istinadən xəbər verir.

Bir müddət  sonra onun rəhbərliyi Kipr bankında stabillik əlamətləri nümayiş etdirməyə başladı.

Maliyyə idarəsinin məlumatında bildirilir ki, Huriken John (John Hourican ), Bankın baş icraçısı, şəxsi səbəblərə görə bu yay təqaüdə çıxmaq niyyətindədir.

Bank öz şərhlərindən birində bildirib ki: " Hurikenin qərarı şəxsi motivlər əsasında qurulub və  o öz doğma ölkəsi olan İrlandiyaya qayıtmaq niyyətindədir " .

Kipr Bankının Direktorlar Şurası bu günlərdə Hurikenin istefasıyla və onun əvəziylə bağlı məsələni qaldırıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda həmçinin deyilir ki: " İdarə heyəti bank işinə verdiyi töhfəyə görə cənab Hurikenə öz səmimi təşəkkürünü bildirir ".

Kipr Bankının baş icraçı direktoru olan Con Xuriken, Kiprin bank sektoru üçün böhran yaradan bankına 2013-cü ilin axırlarında rəhbərlik etməyə başladı. Bir müddət  sonra onun rəhbərliyi Kipr bankında stabillik əlamətləri nümayiş etdirməyə başladı.

Nəticədə, Kipr Bankı avrozonada, əmanətçilərin sığortasız vəsaitləri hesabına iflasdan xilas olan ilk banka çevrildi-deyə Financial Times öz şərhlərindən birində bildirir.


Müəllif: Fidan Maqbet qızı