Sığorta haqlarının məbləğində 17% artım müşahidə edilib | Banco.az

Sığorta haqlarının məbləğində 17% artım müşahidə edilib

2015-ci ilin aprel ayında  avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə 106,218 müqavilə bağlanmışdır. Bu barədə məlumat İcbari Sığorta Bürosundan Banco.az portalına verilmişdir. Bunların 14,310-u xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 7,9 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 12%, sığorta haqlarının məbləğində isə 17% artım müşahidə edilmişdir.