Avrodan rekord bahalaşma | Banco.az

Avrodan rekord bahalaşma

Türkiyə lirəsi sürətlə dəyər itirməkdədir. Hazırda bir avro 3 lirəyə bərabərdir. Buna ABŞ Mərkəzi Bankının iqtisadi göstəricilərini elan etməsi səbəb olub.

Belə ki, ABŞ-da işsizlik səviyyəsinin son 15 ildə ən aşağı səviyyədə olmasının bəyan edilməsindən sonra dolların məzənnəsi artmağa başlayıb.

Avro / dollar məzənnəsinin artması isə lirənin dəyərdən düşməsini şərtləndirib. Hazırda dolların lirəyə nisbətdə məzənnəsi 2,6810-a bərabərdir.

Qeyd edək ki, son aylar Türkiyə höküməti milli valyuta siyasətində üzən məzənnə siyasətinə keçdiyindən lirə sürətlə dəyərdən düşür.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et