MasterCard analitikaya başlayacaq | Banco.az

MasterCard analitikaya başlayacaq

Beynəlxalq ödəmə sistemi olan nəhəng MasterCard, şirkəti fəaliyyət sahələrindən birində aktiv inkişaf etdirmək niyyətində olduğunu bildirir.

Banco.az  infobank.by portalına istinadən xəbər verir.

Applied  Predictive Technologies kompaniyasından provayder almasıyla əlaqədar kompaniya, öz müştərilərinə bir sıra əlavə funksiyalar təklif edə bilər.

Beləliklə, MasterCard artıq öz müştərilərinə “Test & Learn  platform” seçimi təklif edə bilər. Qeyd edək ki, “Test & Learn  platform”un mahiyyəti məhdud bölgələrdə reaksiyanın proqnozlaşdırılmasından ibarətdir. Platformadan istifadə, ödəniş sistemiylə əməkdaşlıq edən kampaniyalara maliyyə idarəetməsinin təkmilləşdirilməsinə və yüksək gəlir əldə edilməsinə imkan yaradır.

Ən sərfəli kredit üçün müraciət et

“Biznes mühitinin müasir rəqabət şəraiti, kompaniyanı çox sadə və effektiv analitikadan istifadə etməyə sövq edir” -  deyə MasterCard Advisors-un prezidenti Kevin Stenton bildirib.

Applied  Predictive Technologies, bu yaxınlarda  Londonun analitik və konsaltinq şəbəkəsi olan 5One-ı alan MasterCard-ın  siyahısına daxil oldu.

Alqılarla bağlı  bütün prosedurlar,  2015-ci ilin ikinci kvartalının sonlarında yekunlaşacaq.

 

Müəllif: Fidan Maqbet qızı