Ötən ilin müvafiq dövrü ilə müqayisədə Unibakın aktivləri 27,74% artıb. Bankın cəmi kredit portfelində isə 24,47% artım qeydə alınıb. Bu haqda, Banco.az portalı Unibankın rəsmi saytında olan məlumatlara istinadən xəbər verir. Belə ki, Unibank 2015-ci ilin birinci rübünə olan hesabatı açıqlayıb. Aktivlərlə yanaşı faiz gəlirlərində də 15,61 % artım müşahidə olunub.
Lakin dolların devalvasiyası son 5 il ərzində stabil yüksəlişi qeydə alınan Unibanka da təsirsiz ötüşməyib. Belə ki, ötən illərlə müqayisədə Unibankın mənfəət göstəricisi aşağı enib. 2014-cü ilin eyni dövrü ilə müqayisədə Bankın mənfəəti 69.52% azalmışdır
Bununla yanaşı Bankın ayırdığı məqsədli ehtiyatların da həcmi iki dəfə artaraq 38.417 mln manata çatmışdır.
Yalnız bütün bunlara baxmayaraq hesabatlara istinadən kapitalda ötən il ilə müqayisədə 22,59 % artım qeydə alınıb.