24 aprel 2015-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 3 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir.
Hərracda 2 birja üzvü iştirak etmişdir. Sifarişin ümumi məbləği nominal üzrə 3 078 000 manat təşkil etmişdir.
Sifariş 100,8417 % qiymətdə təqdim edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 000 000 manat məbləğində müəyyən edilmişdir.
İstiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr 2024-cü ildir.