Expressbank bank kartlar üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda təklif edir. Belə ki, hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartlarını əldə edə bilərlər.
Visa Platinum / MasterCard Platinum üçün isə 800 AZN ilkin mədaxil edərək filiallarda və ya www.expressbank.az saytından onlayn sifariş etmək mümkündür. Hər 2 prenium kart üçün SMS məlumatlandırma xidməti pusuz təqdim edilir. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.
Bundan başqa müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standard kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Kartlar 1 il müddətinə verilir, SMS məlumatlandırma xidməti 6 AZN-dir.
Expressbank geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.