İqtisadiyyata kredit qoyuluşu 33 faiz artıb | Banco.az

İqtisadiyyata kredit qoyuluşu 33 faiz artıb

Banco.az saytı Mərkəzi Bankın son hesabatlarına istinadən xəbər verir ki, 2015-ci il martın 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 milyard  697,2 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə olan göstəricidən 33 % çoxdur.

Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin fevral ayında da özəl banklar kredit verilməsində kredit təşkilatları arasında lider rolunu qoruyub saxlayıb. Özəl banklar tərəfindən 12 milyard 699,1 milyon manat və ya bütün kreditlərin 61,4%-i həcmində kredit verilib.

Dövlət bankları tərəfindən verilən kreditin miqdarı 7mlrd 438,7mln manat (35,9%), bank olmayan kredit təşkilatlarının verdiyi kreditin miqdarı isə 559,5 mln manat (2,7%) olub.

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ilin eyni dövrü ilə müqayisədə, kreditin verilməsində dövlət banklarıda 41%, özəl banklarda 29%, qeyri-bank kredit  təşkilatlarında isə 21% artım müşahidə olunub ki, rəqəmlər də kifayət qədər nəzərəçarpandır.

İqtisadiyyata kredit qoyuluşlarının kredıt təşkilatları üzrə strukturu | Create infographics

Ən sərfəli krediti almaq üçün müraciət et