“DəmirBank”ın təqdim etdiyi “DəmirTaksit” kredit kartı ilə hər mövsüm alış-verişləri rahat şəkildə gerçəkləşdirmək mümkündür. 35 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə edilir.
“DəmirTaksit” kartlarının üstünlüklərindən biri kartın heç bir partnyor şəbəkəsindən asılı olmamasıdır ki, bu da kart sahiblərinə POS terminal olan istənilən ticarət və xidmət mərkəzində rahat alış-veriş etmək imkanı verir. Digər üstünlüyü isə istənilən zaman nağdlaşdırma imkanının olmasıdır.
“DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur. Bununla yanaşı, müştərinin “DəmirBank”dan əldə etdiyi “DəmirTaksit” kartlarının avtomatik olaraq SMS məlumatlandırma xidmətinə heç bir xidmət haqqı tutulmadan qoşulma imkanı var. Bu xidmət sayəsində müştəri aylıq ödənişlərlə bağlı əvvəlcədən məlumat əldə edə bilir.
Qeyd edək ki, kartı əldə etmək üçün təminat tələb olunmur və minimal aylıq xalis gəlir tələbi 100 AZN-dir.