Bu il Azərbaycanda 7,9 faiz inflyasiya olacaq. Bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) "World Economic Outlook" hesabatında deyilir.
Yenilənmiş hesabatda bildirilir ki, BVF 2016-cı il üçün Azərbaycanda inflyasiyanı 6,2 faiz səviyyəsində proqnozlaşdırır.
Qeyd edək ki, BVF-nin bu ilin yanvarında hazırlanmış əvvəlki hesabatına əsasən, Azərbaycanda 2015 və 2016-cı illərdə inflyasiya müvafiq olaraq 2 və 3 faiz təşkil etməli idi.
Qeyd edək ki, Asiya İnkişaf Bankı bu il Azərbaycanda inflyasiyanı 6, 2016-cı ildə isə 5,5 faiz səviyyəsində proqnozlaşdırır.
Proqnozlar dəyişdi
![](https://banco.az/sites/default/files/news/inflasiya_0.jpg)
![](/sites/all/themes/bancoaz/logoaz.png)