Banco.az saytı olaraq Azərbaycan Mərkəzi Bankının açıqladığı son hesabata istinadən bank sisteminin 2015-ci ilin ilk rübünə aid olan aktiv və passivlərinin ümumi strukturunu təhlil etdik.
Mart ayına olan aktivlərin həcmi 28632,50 min manat olaraq qiymətləndirilir. Bank aktivləri cari ilin ilk ayı ilə müqayisədə 13,70%, fevral ayı ilə müqayisədə isə 15,28% artıb.
Müştərilərə verilmiş kreditlər 19 169,9 min manat olmaqla aktivlərin 66,95%-ni təşkil edir. Mart ayında banklar öz vəsaitlərinin yalnız 7,04%-ni (2 016,3 mln manat) müxbir hesablarda saxlayıblar.
Müştərilərdən cəlb edilmiş depozitlər passivlərin 43,55%-ni (12 470,20mln manat) təşkil edib. Digər ən böyük kateqoriya isə banklardan götürülmüş kreditlərdir ki, onlar da bank passivlərinin 36,27%-nə (10 385,90 mln manat) bərabər olub.