Banco.az saytı olaraq cari ilin fevral mart ayı ərzində sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı araşdırma etmişik. Azərbaycan Respublikasi Maliyyə Nazirliyi Dövlət Siğorta Nəzarəti Xidməti-nin rəsmi saytına istinadən 2015-ci ilin ilk 3 ayı demək olar ki, əksər sığorta şirkətləri üçün uğurlu olub. 15 şirkətdə yığımın həcmi artıb.
Göstərilən dövrdə ən uğurlu fəaliyyət əvvəllki illərdə olduğu kimi Paşa Sığorta Şirkətinə məxsus olub. Şirkət təxminən 23 mln manat sığorta haqqı əldə edib. Atəşgah, Atəşgah Həyat, Paşa Həyat və AzSığorta Şirkətlərinin hər birində sığorta haqqlarının dəyəri 7 mln manatı aşıb. Atəşgah və Atəşgah Həyat şirkətlərin sığorta hadisəsi zamanı çəkdiyi xərclərin miqdarı ilk 2 ayla müqayisədə təxminən 1 mln artaraq, 3 mln manatdan artıq olub. Paşa Sığorta şirkəti ən çox yığım etdiyi kimi, həmçinin ən çox ödəniş də onun payına düşür (6.4 mln manat).
A-Qroup Sığorta Şirkəti üçün isə müvafiq dövr o qədər də uğurlu olmayıb. Şirkətin sığorta ödənişləri sığorta haqqlarını 146019,14 manat üstələyib. Era Trans Sığorta və Çartis Azərbaycan Sığorta Şirkətlərinin 2015-ci ilin ilk rübü üçün sığorta haqqları 0 manata bərabər olub. Həmin şirkətlərin sığorta ödənişləri isə müvafiq olaraq 59 552,22 və 10 581,00 manat təşkil edib.
Yerdə qalan bütün şirkətlərdə isə sığorta haqqları sığorta ödənişlərindən çox olub.
Ətraflı məlumatı aşağıdakı cədvəldən əldə edə bilərsiniz.
№ |
Sığortaçının adı |
Sığorta Haqları |
Sığorta Ödənişləri |
||
1 |
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti |
1 586 298,80 |
1 732 317,94 |
||
2 |
“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
4 753 792,36 |
2 879 511,87 |
||
3 |
“Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
1 495 933,49 |
434 020,16 |
||
4 |
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti |
2 347 261,36 |
776 784,87 |
||
5 |
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
12 630 288,68 |
3 739 179,72 |
||
6 |
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
13 591 112,22 |
3 680 352,17 |
||
7 |
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti |
8 096 136,80 |
1 938 263,93 |
||
8 |
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti |
8 291 066,00 |
2 717 980,00 |
||
9 |
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
2 857 793,18 |
1 276 385,09 |
||
10 |
“Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
100 370,00 |
1 252,00 |
||
11 |
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
925 509,38 |
576 204,22 |
||
12 |
“Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti |
410 806,00 |
129 404,25 |
||
13 |
“Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti |
4 932 847,85 |
1 222 153,51 |
||
14 |
“Buta Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
795 759,13 |
517 108,01 |
||
15 |
“Era Trans Sığorta” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
0,00 |
59 552,22 |
||
16 |
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
32 831,50 |
26 114,79 |
||
17 |
“Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
6 295 315,58 |
462 871,53 |
||
18 |
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
14 034 470,83 |
1 511 160,37 |
||
19 |
“Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
29 195 603,01 |
6 638 113,95 |
||
20 |
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
5 589 661,10 |
1 991 141,23 |
||
21 |
“Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
1 175 305,16 |
467 890,90 |
||
22 |
“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
507 154,27 |
270 031,79 |
||
23 |
“Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
4 238 660,52 |
1 628 609,76 |
||
24 |
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
2 912 131,56 |
881 099,17 |
||
25 |
“Çartis Azərbaycan” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
0,00 |
10 581,00 |
||
26 |
“İPƏK YOLU SIĞORTA” ASC |
7 727 214,73 |
10 224,55 |
||
27 |
“Əmrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
279 835,86 |
170 635,41 |
||
|
YEKUN |
134 803 159,37 |
35 748 944,41 |