Dünydada insanlar adətən iki şey axtarışında olurlar: xoşbəxtlik və həyatlarından məmnunluq. Şəxsi və peşəkar həyatda uğur qazanmaq, yaşamınızı qaneedici etmək üçün bəzi insani keyfiyyətlərin olması vacibdir. Bəs hansl xüsusiyyət lərxoşbəxtliyə gedən yolda yardımçımız ola bilər?
- Özünüz olmağı bacarın! Real olmaq sizə öz ideyalarınızı daha rahat ifadə etməyə və özünüzü daha azad hiss etməyə kömək edəcək. Unikal olmağa, başqalarında fərqlənən tərəflərinizi kəşf etməyə başlayacaqsınız. Belə olduqda həyatın və işinizin gətirdiyi neqativ təsirlərə qarşı daha dözümlü ola bilərsiniz. Həqiqi yəni özü olan insanlar həyatın çətinliklərini deyil, verdiyi seçimləri və şansları daha tez görürlər.
- Doğruçu olun! Dünyada ikinci elə bir şey yoxdur ki, sizə düzgünlük qədər xeyir gətirsin. Heç nəvaxtsa elə bir insan görmüsünüz ki, adalətsizlik və yalançılıqdan sona kimi xeyir götürsün? Həm şəxsi həm karyera həyatında reputasiya vacib rola malikdir. Əyrilik və nadürüstlüklə itirilən ad-sanı isə heç vaxt bərpa etmək olmur. Bir atalar sözündə deyildiyi kimi, “Ən yaxşı biclik düzlükdür.”
- Təhlükələrdən qorxmayın! Özünüzü rahatlığa və təhlükəsizliyə alışdırmaqla fayda qazanmazsınız. Çətinlik olmasa sınaqlara tab gətirə və potensialınızı maksimallaşdıra bilməzsiniz. Məqsədə nail olmaqdan ötrü güclü iradəyə ehtiyac var. Çətinliklər təkcə bacarıq və biliyinizi artırmır, o həm də çox şeyin öhdəsindən gələ biləcəyiniz barədə inam yaradır.
- Sevgi amilini dəyərləndirin! Dünyada bizim üçün ən əhəmiyyətli insanlar bizimçün narahat olan və sevgilərini əsirgəməyən şəxslərdir. Bütün dünya üz çevirsə belə əgər ətrafımıza həmişə bizimlə qalan, tək buraxmayan yaxınlarımız varsa özümüzü xoşbəxt hesab edə bilərik. Çünki onlar bizi olduğumuz kimi qəbul edir və dəyişdirməyə çalışmırlar. Yer üzündəki heç bir maddi qazanc insan sevgisini əvəz edə bilməz. Onlara verilən dəyəri anlamayan insanlar isə tam xoşbəxt və uğurlu ola bilmirlər. Siz onlardan olmayın yaxınlarınızdan diqqqəti əsirgəməyin və birgəliyinizdən zövq alın.
- Düşüncəli davranın! Digərlərinə qarşı ləyaqətlə və dəyərlə davranmanız onları motivasiya edir. Artıq diqqət sizi geri salmaz. Xoşbəxtlik ondan pay verəndə artır. Xoşrəfat olmaqla heçnə itirməzsiniz. Qəzəb isə istənilən münasibət növündə fərqi yoxdu ya şəxsi, ya professional, fayda verməz. Qəzəb püskürən istənilən insanla hörmətlə danışmaq mümkün olmur. Nəticədə münasibət və ünsiyyət xoşagəlməz vəziyyətə gəlib çıxır.
- Yaxşı insan olmağa çalışın. Gözlədiyiniz diqqət və qayğını ətrafınızdakılara da göstərin ki, qarşılıq ala biləsiniz. Dözümlü və başadüşən olmaq, problemləri daha rahat həll etməyə kömək edir. Özünüzə başqalarının gözü ilə baxın. Səhvlərinizi görün və onları düzəltmək üçün əlinizdən gələni əsirgəməyin. Fərqli xarakterli insanlarla individual davranın. Yeniliklərə açıq olun. Hər gün özünüz üçün yeni nələrsə kəşf edin.
- Səbr nümayiş etdirin. Səbrlə, gözləməyi ayırd edə bilən insanlar həyatda və işdə uğur qazanacaqlar. Səbr gözləmək demək deyil. Gözləmə mövqeyində olmaq hərəkətsiz qalmaq deməkdir. Lakin səbrli olmaq hər gün arzularınıza doğru addım atmaq anlamına gəlir, nəticəni hələ görməsəniz belə. Səbr inamdır. Sizi məqsədlərinizə yaxınlaşdıran üsuldur.
- Şükr etməyi bacarın! Əgər daim razılıq və təşəkkür edən bir ürəyə maliksinizsə, o daim sizi pozitiv ruhda saxlayaq. Beləliklə həsəd, qısqanclıq, bədniyyətlilik kimi mənfi emosiyalardan uzaq qalacaqsınız. Minnətdaqlıq hissi insanda yalnız xoş xatirələrin qalmağına və stressdən tez qurtulmağa kömək edir. Hər şeyə sevgiylə yanaşırsınız, daha məhsuldar fəaliyyətlə məşğul olursunuz.
- Təvəzökar qalın. Təvəzökarlıq insana diqqəti öz üzərində mərkəzləşdirməkdən və imicini nəyin bahasına olur olsun qoruyub saxlamaq cəhdlərindən qurtarır. Təvəzökar olduqda insanlar risklərə daha asan gedir və bu minvalla yeni şeylər kəşf edirlər. Siz mükəmməl olmaq məcburiyyətində deyilsiniz, gözləntiləri ödəməkdən ötrü özünüzü qurban verməyiniz düzgün olmazdı.
Sonda unutmayaq ki, əgər xoşbəxt və müvəffəqiyyətli olmaq istəyiriksə, ətrafımızdakılara da bunları əldə etməkdə köməklik etməliyik.