Mərkəzi Bankın rəsmi valyuta ehtiyyatları son bir ildə 5 mlrd dollar azalıb | Banco.az

Mərkəzi Bankın rəsmi valyuta ehtiyyatları son bir ildə 5 mlrd dollar azalıb

Banco.az saytı olaraq Mərkəzi Banka istinadən aprelin 1-nə olan rəsmi valyuta ehtiyyatları  ilə bağlı rəqəmləri təqdim edirik. Cari ilin ilk 3 ayı ilə müqayisədə göstərici nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Mərkəzi Bankda rəsmi valyuta ehtiyyatları  mart ayında 13.9 % azalıb, yəni 9 milyard 472 milyon 900 min ABŞ dollarına enib.

2015-ci ilin hər növbəti ayında indikator təxminən 1 mlrd dollar azalıb. Yəni əgər rəsmi valyuta ehtiyyatları cari ilin ilk ayında 12 mlrd 680 mln 600min dollar idisə, bu rəqəm fevral ayında təxminən 11 mlrd, martda isə 9 mlrda-a düşüb.

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə rəsmi valyuta ehtiyyatları 5243.6 mln dollar azalıb.

Valyuta ehtiyyatlarının 10 mlrd dollardan aşağı düşməsi halı son 4 ildə müşahidə olunmayıb. Bu sahə üzrə müvafiq rəqəmdən aşağı göstərici isə sonuncu dəfə 2011-ci ilin oktyabrında qeydə alınıb. Həmin vaxt valyuta ehtiyyatları 7 mlrd 27 mln 600 min dollar həcmində qiymətləndirilib.