Global Currency Reserve (GCR) yeni Dot Money. ddlı kriptovalyutanı təqdim edir.
Dot Money virtual valyuta olub, Bitcoində istifadə olunan texnologiyanın tətbiqini nəzərdə tutur.
Məlumatda bildirilir ki, yeni kriptovalyuta məxsusi olaraq, dünya iqtisadiyyatını stabilləşdirmək və yerli valyutaların devalvasiyasından əziyyət çəkən ölkə və insanları qorumaq üçün tərtib edilib. Dot Money-dən bütün dünyada internetə mütləq çıxış olmadan da istifadə etmək mümkün olacaq.
Bitcoin-dən fərqli olaraq, Dot Money mərkəzi administratora malikdir və hökumətlər, hüquq mühafizə orqanları, banklar və maliyyə institutları ilə birgə əməkdaşlıq göstərəcək.
Ekspertlər hesab edir ki, kriptovalyutalar ənənəvi bank sisteminin gəlirlərinin azalmasına gətirib çıxara bilər.