Banklar hansı valyuta ilə kredit verir? | Banco.az

Banklar hansı valyuta ilə kredit verir?

Son zamanlar gündəmdə olan əsas məsələlərdən biri də manatın məzənəsinin kəskin dəyişməsidir. Bu dəyişilmə bankların fəaliyyətində də təsirsiz ötüşməyib. Beləliklə, hər iki valyuta ilə kredit verən banklar bir müddətdən sonra manatla kredit verilməsini dayandırmışdılar.

Məzənnə dəyişikliyi kredit götürənlərə, xüsusilə, təsir etmişdi. Yeni kredit götürmək istəyənlər hansı valyuta ilə kredit götürməyin tərəddüdündəykən, bankların hansı valyuta ilə kredit verəcəkləri sual qarşısında qalıblar. Müştərilərin suallarına cavab tapmaq məqsədilə Banco.az portalı olaraq bu məsələ ilə bağlı bir neçə bankla əlaqə yaratdıq.

Araşdırma nəticəsində bankların birində Mərkəzi Bankdan bu məsələ ilə bağlı xüsusi təlimat verildiyi və manatla kredit verilməsini bir müddət dayandırıldığını bildirildi. Lakin digər banklarda  bu təkzib olunaraq məsələyə belə aydınlıq gətirildi ki, Mərkəzi Bankda yaranan Manat qıtlığı bu informasiyanın yayılmasına səbəb olmuşdu. Ona görə də bir neçə bank bu gündən manatla kredit verilməsini dayandırmışdır.

İndi isə Sizə bankların hansı valyuta ilə kredit verdiklərini təqdim edirik.

Banklar

Valyuta

AFB

manat

Access Bank

dollar

AG bank

dollar

Amrah Bank

dollar

Atabank

dollar

AtraBank

dollar

Bank Avrasiya

dollar

Unibank

dollar

Bank VTB Azerbaijan

dollar

RabitəBank

dollar

PaşaBank

manat

Bank of Baku

dollar

Nikoil Bank

manat

KredoBank

hazırda kredit vermir

Kapital Bank

manat

ExpressBank

manat

Zaminbank

hazırda kredit vermir

Beynəlxalq Bank

manat

Yapı Kredi Bank

manat və dollar

Parabank

dollar

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et