Banklarımızın Beynəlxalq Reytinqləri | Banco.az

Banklarımızın Beynəlxalq Reytinqləri

Manatın devalvasiyası banklarımızın öz valyuta risklərini düzgün idarəetməməsi faktını bir daha üzə çıxartdı. Valyuta mövqeyi ilə bağlı yaranan problemlər özünü həm də bankların reyting göstəricillərində də biruzə verdi.

Reytinqlər nəyə lazımdır?

Banklar xarici maliyyə institutlarından uzuc maliyyə vəsaiti cəlb etmək üçün həmin müəssisələri şəffaf hesabatlıq ilə təmin etməlidir. Xarici institut investisiya etmək istədiyi bankın hesabatları ilə tanış olub, onları təhlil etməli və daha sonra isə  yatırım ilə bağlı qərar qəbul etməlidir. Bankların qiymətləndirilməsi baxımından vacib meyarlardan biri də həmin bankın beynəlxalq reytinq agentliyindən aldığı reytinqlərdir. Xarici praktikada hər hansı bir müəssisənin, o cümlədən maliyyə təşkilatının fəaliyyətini heç bir analiz etmədən, onun nə dərəcədə maliyyə dayanıqlı olması haqqında məlumat əldə etmək üçün həmin təşkilatın reytinq göstəricilərinə diqqət edirlər.

İndi isə Sizi banklarımızın mövcud reytinqləri ilə tanış edirik.

Ad

Kateqoriya

LT reytinq İDR

ST reytinq İDR

Tarix

Proqnoz

AccessBank

Korporativ

BBB-

F3

10 dekabr 2014

Stabil

Beynəlxalq Bank

Korporativ

BB

B

12 dekabr 2014

Stabil

Kapital Bank

Korporativ

B+

B

12 dekabr 2014

Stabil

Bank of Baku

Korporativ

B1

b1

20 mart 2015

Stabil

Pasha Bank

Korporativ

B+

B

12 dekabr 2014

Stabil

Pasha Bank (S&P)

Korporativ

BB-

B

20 mart 2015

Stabil

Unibank

Korporativ

B

B

10 mart 2015

Stabil

Expressbank

Korporativ

B

B

10 mart 2015

Stabil

Xalq Bank

Korporativ

B2

b3

12 dekabr 2013

Stabil

DəmirBank

Korporativ

B

B

10 mart 2015

Stabil

AG Bank

Korporativ

RWN

RWN

10 mart 2015

Neqativ

Atabank

Korporativ

B-

B

10 mart 2015

Stabil

Muğanbank  (S&P)

Korporativ

CCC+

C

19 mart 2015

Stabil

Bank Technique

Korporatv

B-

B-

10 mart 2015

Neqativ

Ən sərfəli kredit üçün müraciət et

LT  IDR=  Xarici valyutada uzunmüddətli emitentin defolt reytinqi (EDR)

ST IDR = Xarici valyutada qısamüddətli emitentin defolt reytinqi (EDR)

RWN – Reytinq neqativ görünür

Hər bir bankın reytinq göstəriciləri ilə daha ətraflı tanış ola bilərsiniz:

Beynəlxalq Bank:

  • Uzunmüddətli  reytinq, xarici valyutada (LT  IDR): 'BB' səviyyəsində təsdiq edilib.
  • Reytinq üzrə proqnoz: Stabil
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
  • Dayanaqlıq reytinqi: 'b-' səviyyəsində təsdiq edilib
  • Dəstəklənmə reytinqi: '3' səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli EDR üzrə dəstək reytinqi: 'BB' səviyyəsində təsdiq edilib

AccessBank:

  • Uzunmüddətli  reytinq, xarici valyutada (LT  IDR): 'BB +' səviyyəsindən 'BBB-' –yə yüksəldilib
  • Reytinq üzrə proqnoz: Stabil
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsindən 'F3'-ə yüksəldilib.
  • Dayanaqlıq reytinqi: 'bb-' səviyyəsində təsdiq edilib
  • Dəstəklənmə reytinqi: '3' səviyyəsindən '2'-yə yüksəldilib

Kapital Bank

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B+' səviyyəsində təsdiq edilib
  • Reytinq üzrə proqnoz: Stabil
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
  • Dayanaqlıq reytinqi: 'b-' səviyyəsindən 'b'-yə yüksəldilib
  • Dəstəklənmə reytinqi: '4' səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli EDR üzrə dəstək reytinqi: 'B+' səviyyəsində təsdiq edilib

Paşa Bank:

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B+' səviyyəsində təsdiq edilib;
  • Reytinq üzrə proqnoz Stabil
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
  • Dayanaqlıq reytinqi: 'b+' səviyyəsində təsdiq edilib
  • Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib 

Expressbank:

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B' səviyyəsində təsdiq edilib
  • Reytinq üzrə proqnoz Stabil
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
  • Dayanaqlıq reytinqi: 'b' səviyyəsində təsdiq edilib
  • Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib 

Bank Technique

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B-'  səviyyəsindən RWN-ə endirilib
  • Reytinq üzrə proqnoz: Neqativ
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B səviyyəsindən RWN-ə endirilib
  • Dayanaqlıq reytinqi: 'b-' səviyyəsindən RWN-ə dəyişdirilib
  • Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib

Unibank:

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B' səviyyəsində təsdiq edilib
  • Reytinq üzrə proqnoz:  Pozitivdən Stabilə endirilib.
  • Qısa-müddətli reytinq, xarici valyutada(ST IDR): 'B' səviyyəsində təsdiq edilib
  • Dayanaqlıq reytinqi: 'b' səviyyəsində təsdiq edilib
  • Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib

DəmirBank:

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B' səviyyəsində təsdiq edilib,
  • Reytinq üzrə proqnoz: Pozitivdən Stabilə endirilib
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
  • Dayanaqlıq reytinqi: 'b' səviyyəsində təsdiq edilib
  • Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib

Atabank:

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B-' səviyyəsində təsdiq edilib
  • Reytinq üzrə proqnoz: Stabil
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
  • Dayanaqlıq reytinqi: 'b-' səviyyəsində təsdiq edilib
  • Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib

AGBank

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B-' səviyyəsindən RWN-nə endirilib
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsindən RWN-nə endirilib
  • Dayanaqlıq reytinqi: 'b-' səviyyəsindən RWN-nə keçirilib
  • Dəstəklənmə reytinqi: '5'səviyyəsində təsdiq edilib

Xalq Bank (Moody's İnvestors Service)

  • Milli və xarici valyutada uzunmüddətli əmanət reytinqi B2-də təsdiq edilib
  • Maliyyə dayanıqlığı reytinqi ((BFSR) - E+ səviyyəsində təsdiq edilib
  • Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) – b3
  • Əmanətlər üzrə qısa müddətli reytinq (yerli və xarici valyutada) - Not Prime

Bank of Baku (Moody's İnvestors Service)

  • Milli və xarici valyutada uzunmüddətli əmanət reytinqi B1-də təsdiq edilib
  • Maliyyə dayanıqlığı reytinqi (BFSR) - E+ səviyyəsində təsdiq edilib
  • Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b1-də təsdiq edilib
  • Əmanətlər üzrə qısa müddətli reytinq (yerli və xarici valyutada) - Not Prime

Diqqətinizi banklarımızın kredit reytinqlərinin xarici banklar ilə müqayisədə elə də yüksək olmaması faktı çəkə bilər. Unutmayaq ki, istənilən bir ölkənin ərazisində yerləşən təşkilatın reytinqi, həmin ölkənin özünün suveren reytinqindən yüksək ola bilməz. Ona görə də istər bankların və istər də digər təşkilatların reytinqinin yüksəlməsi üçün Azərbaycanın özünün suveren reytinqi də yüksəlməlidir.

Vacib faktorlardan biri də odur ki, heç də yerli bankların hamısının reytinq göstəricləri yoxdur. Qeyd edək ki, aşağı olsa belə reytinq göstəricisinin olması bank üçün müsbət haldır.

Dünyada “Böyük üçlük” adı ilə tanınan üç əsas beynəlxalq reytinq agentliyi vardır ki, onların adları Fitch, Moody’s və Standard and Poor’s agentlikləridir. Bu təşkilatların reytinq qiymətləndirmələri ilə isə aşağıda tanış ola bilərsiniz.