Twitterin fərdi reklam gəlirləri Facebook və Google-u üstələyir | Banco.az

Twitterin fərdi reklam gəlirləri Facebook və Google-u üstələyir

Google Facebookda reklam verənlərin sayı Twitterdəkindən daha çoxdur. Lakin bu, Twitter  üçün heç də faicəvi vəziyyət deyil. Çünki, o, ayrı-ayrı reklamlardan digər iki şirkətə nisbətən daha çox gəlir götürür.

Macquarie Securitiesin hesabatında görə 2014-cü ilin noyabr ayında Twitterdə reklam yerləşdirənlərin sayı 60.000 olub. Bu rəqəm Google və Facebookda müvafiq olaraq 2 və 4 mln olub.

Ən sərfəli kredit üçün müraciət et

Bu vəziyyət avantajlı görünməyə bilər. Lakin bunun əsas səbəbi odurki, Twitter  böyük brend şirkətlərlə daha çox əməkdaşlıq edir. Yəni saytda kiçik və orta biznes müəssisələrinin  reklamı daha az gedir.

Macquarienin açıqlamasına görə, Twitterin 2014-cü ildə hər bir reklam verəndən əldə etdiyi gəlir orta hesabla $21,000 olub. Bu göstərici  Google və Facebookda müvafiq olaraq $16,000və $7,000 olub.

Ən sərfəli krediti almaq üçün müraciət et